Azərbaycan Peterburq Beynəlxalq İqtisadi Forumunda(PBİF) iştirakını təsdiqləyib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı olan “Roskonqres” məlumat yayıb.
Bildirilib ki, 69 ölkə, o cümədən Azərbaycan, ABŞ, Fransa, Almaniya, Yaponiya, Çin builki Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakını təsdiqləyib.
Qeyd edilib ki, Rusiya tərəfindən iyunun 15-18-də Sankt-Peterburq şəhərində keçiriləcək PBİF-də iştirak etmək üçün 190 ölkəyə təklif göndərib.