logo

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

16:26 31-03-2022 | icon 2744
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı(Aİ) rəsmiləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırırlar.

YeniAvropa xəbər verir ki, Rusiyanın ən böyük banklarından biri olan “VTB” daxil olmaqla 4 banka qarşı yeni sanksiyalar nəzərdə tutulur.

Yeni sanksiyaların rusiyalı oliqarxların ailələrini əhatə edəcəyi, bundan başqa sanksiyaların kriptovalyutalardan istifadəni də məhdudlaşdıracağı gözlənilir.

Avropa Komissiyasının yeni sanksiyaları gələn həftə açıqlaması nəzərdə tutulur.