logo

Kreml:Putin-Zelenski görüşü yalnız Rusiya-Ukrayna müqavilə mətni hazır olduqdan sonra mümkündür

15:55 31-03-2022 | icon 5495
Kreml:Putin-Zelenski görüşü yalnız Rusiya-Ukrayna müqavilə mətni hazır olduqdan sonra mümkündür

Rusiya və Ukrayna prezidentlərinin görüşü yalnız ölkələr arasında müqavilə mətni üzərində iş başa çatdıqdan sonra mümkündür.

YeniAvropa xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Vladimir Putin ilə Volodimir Zelenski arasında görüşün dəqiq vaxtı məlum deyil. Ali səviyyədə görüş yalnız müqavilə üzərində iş tam başa çatdıqdan və yüksək vəzifəli şəxslər tərəfindən imzalandıqdan sonra mümkündür. Yalnız bundan sonra prezidentlərin görüşü barədə danışmaq olar.

Rusiya və Ukrayna nümayəndə heyətlərinin aprelin 1-də yenidən danışıqlar masası arxasında oturacağı barədə xəbərlərə aydınlıq gətirən D.Peskov bildirib ki, əgər bu, baş verərsə, əlavə məlumat təqdim olunacaq.