logo

Ərdoğan Putinlə Zelenskini tezliklə bir araya gətirməkdə israrlıdır

15:30 31-03-2022 | icon 5229
Ərdoğan Putinlə Zelenskini tezliklə bir araya gətirməkdə israrlıdır

Təbii ki, fəal diplomatiyamız və balanslı yanaşmamız sayəsində mühüm görüşə ev sahibliyi etməkdən məmnun olduq. Türkiyəyə qayıdan kimi həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacağam. Bu danışıqlarda məqsədimizin onları ən qısa zamanda bir araya gətirmək olduğunu bildirəcəyəm. Ümid edirəm ki, Rusiya və Ukrayna prezidentlərinin görüşündə onlardan tarixi qeyd əldə edəcəyik. Bu kontekstdə biz dövlət başçıları səviyyəsində keçiriləcək görüşə ev sahibliyi etməyə hazırıq. Amma indiki vaxtda müvəqqəti atəşkəsin təmin edilməsi böyük əhəmiyyət kəsb edir.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ifadə edib.

Bildirilib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüşlər sülh prosesinə müsbət təkan verib. Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addımdır. Eləcə də dövlət başçılarının razılıq əldə edilərsə, bir araya gələ biləcəkləri barədə açıqlamaları da bu addımın nə qədər önəmli olduğunu göstərir. Biz onların həyata keçirilməsini, müharibənin daha çox ölümə və dağıntıya səbəb olmadan bitməsini gözləyirik.

Ukraynanın xüsusilə NATO-ya üzvlüklə bağlı çox israrlı mövqe nümayiş etdirmədiyini deyən Türkiyə prezidenti, əslində, rəsmi Kiyevin Avropa İttifaqı məsələsində də çox israrlı olmayacağını düşündüyünü bildirib. Deyib ki, çünki bu prosesdə bəziləri istisna olmaqla, Avropa İttifaqına üzv dövlətlər buna ciddi yanaşmadılar. “Bütün bunlara baxmayaraq, mən prezident Putinin Ukraynanın Avropa İttifaqına daxil olmasına müsbət münasibətini öyrəndim və eşitdim. Təbii ki, bu görüşlər zamanı yekun vəziyyəti öyrənəcəyik. Görüş zamanı ondan bunu eşitmək bizə bu istiqamətdə atılacaq addımları daha düzgün qiymətləndirmək imkanı verəcək”, - deyə prezident Ərdoğan əlavə edib.

Türkiyə prezidenti, həmçinin deyib: “Hesab edirəm ki, sülh ən vacib həll və çıxış yoludur. Bu nöqteyi-nəzərdən, ümid edirəm ki, biz bu işin tez bir zamanda başa çatmasında vəsilə ola bilərik”.

Rusiyaya qarşı sanksiyalarda iştirak etməyəcəklərini bildirən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə tərəfi bunun səbəblərini əvvəllər dəfələrlə açıqlayıb.

Türkiyə-İsrail münasibətlərinə toxunan prezident Ərdoğan diqqətə çatdırıb: “Ramazan ayından sonra İsrailin baş naziri Naftali Bennetlə enerji məsələlərini müzakirə edib dərhal addımlar atsaq, İsrail-Türkiyə əməkdaşlığı Şərqi Aralıq dənizində neft və təbii qazla bağlı prosesi sürətləndirəcək. Mən bu barədə çox ümidliyəm”.