logo

Çavuşoğlu: Ankara Lavrov-Kuleba görüşünün təşkilinə çalışır

14:13 31-03-2022 | icon 2086
Çavuşoğlu: Ankara Lavrov-Kuleba görüşünün təşkilinə çalışır

Ankara Rusiya və Ukrayna xarici işlər nazirlərinin yeni görüşünün təşkili üzərində çalışır.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “А Haber” telekanalına müsahibəsində deyib.

“İstanbulda baş tutan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib, lakin hazırkı mərhələdə görüşün sonunda elan edilən nəticələrin yerdə icra olunduğunu görmürük. Yaxın bir-iki həftə ərzində Rusiya və Ukrayna arasında görüş daha yüksək səviyyədə, xarici işlər nazirləri səviyyəsində baş tuta bilər. Biz bunun üzərində işləyirik. Mən dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə bu mövzu barədə danışmışam”, - deyə Türkiyənin xarici işlər naziri bildirib.

Mövlud Çavuşoğlu, həmçinin qeyd edib ki, Ukraynanın Ankaranın qarant olmasını tələb etməsi Türkiyəyə olan etibarın sübutudur. Lakin Türkiyənin öz əsgərlərini Ukraynaya göndərəcəyinə dair şərhlər həqiqətə uyğun deyil.