logo

Zelenski Baydenə zəng etdi

20:50 30-03-2022 | icon 2135
Zelenski Baydenə zəng etdi

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Cozef Baydenlə telefonla danışıb.

YeniAvropa xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb. Xəbərdə bildirilib ki, liderlər arasındakı söhbət bir saat davam edib.

"Mən döyüş meydanında və danışıqlar masasında vəziyyətlə bağlı qiymətləndirməmi bölüşdüm. Biz konkret müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardım haqqında danışdıq", - deyə Ukrayna prezidenti özünün "Twitter" hesabında telefon görüşməsini şərh edib.