logo

Ukraynada Rusiyanın Hava Desant Alayının komandanlığı məhv edilib

20:10 30-03-2022 | icon 2275
Ukraynada Rusiyanın Hava Desant Alayının komandanlığı məhv edilib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 331-ci Qvardiya Hava Desant Alayının bütün komandanlığını məhv edib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev özünün "Facebook" səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Ukrayna ərazisində hərbi toqquşmalar nəticəsində 331-ci alaya komandanlıq edən polkovnik Sergey Suxarev öldürülüb. Qərargah rəisi, podpolkovnik, qərargah zabitləri də hamısı məhv edilib.

Eks-deputat onu da xatırladıb ki, 2014-cü ildə İlovayski “yaşıl dəhliz”lə tərk edən Ukrayna qoşunlarına məhz 331-ci alay kürəyindən xain zərbəsi endirib. Həmin hücuma şəxsən Suxarev rəhbərlik etmişdi. Bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Anatoli Ştefan bildirib. O vaxt Suxarev yalnız bir batalyon-taktiki dəstəyə rəhbərlik edirdi. Lakin Ukraynanın işğalı zamanı Suxarev artıq alaya komandanlıq edirdi.