Aprelin 6-7-də NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.
YeniAvropa Alyansın saytına istinadla xəbər verir ki, iclas NATO-nun Brüsseldəki baş qərargahında baş tutacaq.
NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik edəcəyi iki sessiyadan ibarət iclasın birinci hissəsinə Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, İsveç və Ukraynanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi dəvət olunublar.