logo

Avropa çempionu: "Azərbaycanın ilk qızıl medalına görə xoşbəxtəm"

13:11 30-03-2022 | icon 1939
Avropa çempionu: "Azərbaycanın ilk qızıl medalına görə xoşbəxtəm"

"İlk qızıl medalımızı qazandığım üçün xoşbəxtəm".

 YeniAvropa xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionu olan Azərbaycan sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında deyib.

97 kq çəki dərəcəsində çıxış edən 24 idmançı finalda məğlub etdiyi yerli güləşçi Vladislav Baytsayevlə daha əvvəl də üz-üzə gəldiyini xatırladıb. Bu səbəbdən, Məhəmmədov rəqibinin güləş üslubuna bələd olduğunu vurğulayıb.

Qeyd edək ki, finala yüksələn digər sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. Daha bir final qarşılaşmasında bu gün 86 kq çəkidə Abubakr Abakarov Maylz Nazem Amine (San Marino) ilə üz-üzə gələcək.