logo

Rus diplomatları Avropanın bir sıra dövlətlərində arzuolunmaz şəxs hesab edilirlər

21:51 29-03-2022 | icon 2268
Rus diplomatları Avropanın bir sıra dövlətlərində arzuolunmaz şəxs hesab edilirlər

Belçika Rusiyanın 21 diplomatını ölkədən çıxarır.

YeniAvropa "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Sofi Vilmes deyib.

Onlar casusluq və ya krallığın təhlükəsizliyini təhlükə altına atmaq iddiası ilə ölkədən uzaqlaşdırılır.

Buna baxmayaraq, rəsmi Moskva ilə diplomatik kanallar açıq qalır.

Bundan əvvəl Avropa İttifaqının bir sıra digər ölkələri, o cümlədən Çexiya, İrlandiya, Bolqarıstan, Latviya, Litva, Polşa, Slovakiya və Estoniya rusiyalı diplomatların ölkədən çıxarıldığını bəyan edib.