Ukrayna-Rusiya danışıqları qrupunun rəhbəri, Ali Radanın deputatı David Araxamiya təhlükəsizlik zəmanəti ilə bağlı Ukraynanın şərtlərini səsləndirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, o, təhlükəsizliyin təminatçısı kimi çıxış edə biləcək ölkələrin adlarını da açıqlayıb.
Telemarafonda çıxışı zamanı o, bildirib ki, Ukraynanın BMT Təhlükəsizlik Şurasına üzv ölkələr, o cümlədən Böyük Britaniya, Çin, ABŞ, Fransa, Türkiyə, Almaniya, Polşa və İsraili qarant kimi görmək istəyir. İstəsələr, digər ölkələr də müqaviləyə qoşula bilərlər.
David Araxamiyanın sözlərinə görə, NATO-nun 5-ci maddəsinə bənzər qarant ölkələr 3 gün ərzində məsləhətləşmələr aparacaq. Hərbi təcavüz halında dövlətlər Ukraynaya yardım göstərməyə borclu olacaqlar.
“Yəni, Ukrayna təcavüz obyektinə çevrilərsə, bizim üç gün ərzində məsləhətləşmələr tələb etmək hüququmuz var. Əgər bu, heç nəyə gətirib çıxarmasa, o zaman qarant ölkələr silahlanmaya kömək etməli, hətta səmanı bağlamalıdırlar”, - deyə D.Araxamiya bildirib.
Ukrayna nümayəndə heyətinin üzvü Aleksandr Çalıy isə Ukraynanın neytrallığını şərti adlandırıb. Xüsusilə Ukrayna sülh müqaviləsi razılaşdırarsa, neytrallığa hazırdır.
“Əgər biz əsas müddəaları birləşdirə bilsək, o zaman Ukrayna tarixən bizim suverenlik haqqında bəyannamələrimizdə təsbit olunmuş, bloklara qoşulmayan və nüvə silahı olmayan dövlət statusunu daimi neytrallıq şəklində düzəltmək iqtidarında olacaq”, - deyə o bildirib.