Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində VIII Dünya Hökumətlər Sammiti keçirilir.
YeniAvropa xəbər verir ki, Sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və başqalarından ibarət nümayəndə heyəti təmsil edir.
Tədbir dünya ölkələrinin yüksəkvəzifəli məmurları, dövlət və hökumət başçıları, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, tanımış ictimai-siyasi xadimlər, alimlər, ekspertlər və iş adamlarının iştirakı ilə keçirilir.
Sammit 8 mövzunu (tərəqqiyə və hökumətlərin inkişafına təkan verən siyasətlər; səhiyyə sistemlərinin gələcəyinin layihələndirilməsi; müsbət nəticələr üçün dayanıqlı fəaliyyətin təmin edilməsi; qlobal iqtisadiyyatın bərpa prosesinin sürətləndirilməsi; gələcəyin şəhərlərinin qurulması; cəmiyyətin sabitliyinin gücləndirilməsi; təhsil və əmək bazarının gələcəyi üçün imkanların yaradılması; yeni imkanların araşdırılması) əhatə edir.
Həmin mövzularda sessiya və seminarların keçirilməsi, müzakirələrin və təcrübə mübadilələrinin aparılması nəzərdə tutulub.