logo

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilir

11:19 29-03-2022 | icon 5495
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilir

İstanbulun Dolmabaxça sarayında Rusiya və Ukrayna nümayəndə heyətinin növbəti görüşü başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, görüş media üçün qapalı şəraitdə keçirilir.

Nümayəndə heyətləri rəhbərlərinin görüşdən sonra  mətbuata açıqlama verəcəkləri gözlənilir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında böhran başladıqdan bəri iki ölkənin nümayəndələri dəfələrlə görüşüblər. Tərəflərin ilk görüşü fevralın 28-də Ukrayna-Belarus sərhədində baş tutub, lakin danışıqlar heç bir nəticə verməyib.

Nümayəndə heyətləri martın 3-də yenidən danışıqlar masası arxasına oturublar. Hər iki tərəf dinc sakinlərin təxliyəsi üçün humanitar dəhliz yaradılması barədə razılığa gəlib. Bunun nəticəsində minlərlə insan bölgədən təxliyə edilib.

Növbəti müzakirə martın 7-də keçirilib. Lakin bu görüş də nəticəsiz qalıb.

Türkiyə martın 10-da Antalya Diplomatiya Forumu çərçivəsində böhranın hər iki tərəfinin xarici işlər nazirlərini bir araya gətirib. Bu, problem yarandığı gündən tərəflərin diplomatik səviyyədə ilk görüşü idi.

Tərəflərin nümayəndələri martın 14 və 15-də videokonfrans vasitəsilə beşinci dəfə bir araya gəlsələr də, məsələnin konkret həlli istiqamətində heç bir ortaq nəticə əldə olunmayıb.