Ərdoğan İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşüb
Martın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, görüşdə Türkiyə prezidenti hər iki tərəfə müraciət edib. Nümayəndə heyətlərini salamlayan Türkiyə prezidenti belə kritik bir zamanda heyətləri qəbul etməkdən və sülhün bərqərar olması üçün səylərə töhfə verməkdən məmnunluq hissi duyduğunu ifadə edib.
“Arzu edirəm ki, görüşləriniz və danışıqlarınız ölkələrinizə, regionumuza və bütün bəşəriyyətə faydalı olsun. Liderlərinizin göstərişləri əsasında həyata keçirdiyiniz danışıqlar prosesi sülhə ümidləri artırdı və bütün dünyanı həyəcanlandırdı”,-Türkiyə prezidenti bildirib.
Bir an əvvəl atəşkəsin elan edilməsinin hər kəs üçün faydalı olacağını vurğulayan Türkiyə prezidenti böhran başladığı gündən etibarən ölkəsi tərəfindən aparılan diplomatik səylərdən danışıb: “Xüsusən aramızdakı dostluğu, qonşuluğu, insani yaxınlığı yerinə yetirməyə çalışdıq. Şəxsən mən çox həmkarlarım, xüsusən də hörmətli dövlət başçılarınızın iştirakı ilə gərgin diplomatik iş aparmışam. Xarici işlər nazirimiz, milli müdafiə nazirimiz və baş müşavirim daim ölkələrinizlə əlaqə saxlayırdılar. Biz söz sahibi olduğumuz bütün beynəlxalq platformalarda hər iki tərəfin hüquqlarını, qanunlarını və həssaslıqlarını qoruyan və onlara əməl edən ədalətli yanaşma nümayiş etdirdik”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı problemin aradan qaldırılması istiqamətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda böhran tərəfləri olmaqla 20-dən çox dünya lideri ilə dəfələrlə telefon danışıqları aparıb, görüşlər keçirib.
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək