logo

Dünyada koronavirusdan ölənlərin sayı 6,12 milyon nəfəri ötür

10:10 29-03-2022 | icon 1974
Dünyada koronavirusdan ölənlərin sayı 6,12 milyon nəfəri ötür

Dünyada koronavirusa təsdiqlənmiş yoluxmaların sayı 480 milyonu ötüb, ölüm hallarının sayı isə 6,12 milyon nəfər təşkil edir.

YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) məlumat yayıb.

ÜST statistikası yoluxanlar və ölənlər barədə yalnız dövlətlər tərəfindən təqdim olunan rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır. Yoluxanların 450 milyon həddi martın 10-da, 400 milyon – fevralın 10-da, 350 milyon – yanvarın 25-də, 300 milyon – yanvarın 8-də, 250 milyon – ötən il noyabrın 9-da keçilib.

ÜST-yə daxil olan məlumatlarda ən çox təsdiqlənmiş hallar ABŞ-da (79.207.517) qeydə alınıb. Sonrakı yerdə Hindistan (43.020.723), Braziliya (29.802.257), Fransa (24.291.909) və Böyük Britaniya (20.691.127) gəlir. Ölüm halları da daha çox ABŞ-da müşahidə edilib – 969.628 nəfər, ikinci yerdə Braziliya (658.566), üçüncü yerdə - Hindistandır (521.035). Sonrakı yerləri Rusiya (367.686) və Meksika (322.735) tutur.

İndiyədək Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 791.766 fakt təsdiqlənib, 9.684 nəfər həmin xəstəlikdən həyatını itirib.