Rusiyanın işğalı səbəbindən Avropa İttifaqı(Aİ) Ukraynadan 3,8 milyon qaçqını qəbul edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Yohansson mətbuat konfransında bildirib.
“Biz Ukraynadan Avropa İttifaqında 3,8 milyon qaçqını qəbul etmişik”,- deyən Ylva Yohanssonun sözlərinə görə, onlar Ukrayna ilə həmsərhəd ölkələrə gəliblər. Lakin bir milyondan çox insan digər ölkələrə gedib
Komissar gündəlik gələnlərin sayının azaldığını vurğulayıb.