logo

Rusiya işğalı nəticəsində Mariupolda 200-dən çox uşaq həlak olub

22:58 28-03-2022 | icon 2219
Rusiya işğalı nəticəsində Mariupolda 200-dən çox uşaq həlak olub

Fevralın 24-dən başlayan Rusiyanın işğalı nəticəsində Ukraynanın Mariupol şəhərində indiyədək 210-u uşaq olmaqla 5 minə yaxın insan həlak olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Mariupolun meri Vadim Boyçenko jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, 170 minə yaxın vətəndaş hazırda mühasirədədir, 30 mini deportasiya edilib.

Çoxmərtəbəli yaşayış binalarından 2 340-ı (90%) zədələnib, onlardan 1040-ı (40%) tamamilə dağılıb. Həmçinin şəhərdə iki fabrik, liman və hərbi hissəyə ziyan dəyib.

27 gündür mühasirədə olan şəhərdə vəziyyət ağırdır. Mer bildirib ki, getdikcə daha çox insan aclıqdan ölür.

BMT-yə Mariupolda kütləvi məzarlıqların olduğunu təsdiqləyən məlumatlar daxil olur.