Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, dövlət başçısı toplantıdan sonra mediaya açıqlama verib.
Türkiyə prezidenti martın 29-da Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı növbəti görüşün İstanbulda keçirilməsini yüksək qiymətləndirib. Bunu Rusiya və Ukrayna dövlət rəhbərləri ilə aparılan mütəmadi danışıqların müsbət nəticəsi kimi qiymətləndirən prezident Ərdoğan müzakirələrdən əvvəl hər iki nümayəndə heyəti ilə görüşəcəyini deyib.
Sonra Türkiyə prezidenti iclasda müzakirə olunan ölkədaxili məsələlər haqqında məlumat verib.