logo

BMT: Ukraynalı qaçqınların sayı 3,86 milyonu ötüb

18:58 28-03-2022 | icon 1820
BMT: Ukraynalı qaçqınların sayı 3,86 milyonu ötüb

Ukraynadan onunla qonşu olan ölkələrə 3,86 milyondan çox qaçqın gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb.

İdarənin saytında yerləşdirilmiş məlumatda qeyd edilir ki,  fevralın 24-dən martın 27-dək Ukraynanı tərk edən qaçqınların sayı 3 milyon 866 min 224 nəfərə çatıb. Sutka ərzində onların sayı 45 min nəfərdən çox artıb.

Polşaya 2 milyon 293 min 833, Rumıniyaya 595 min 868, Moldovaya 383 min 627, Macarıstana 354 min 41 qaçqın gəlib.