Ukraynanın paytaxtı Kiyevin ətrafındakı İrpen şəhəri Rusiya işğalçı ordusundan tam azad olunub.
YeniAvropa xəbər verir ki, bu barədə şəhərin meri Oleksandr Markuşın "Teleqram" kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, hazırda şəhərdə Rusiya qüvvələrinin qalıqlarından təmizlənməsi işləri gedir: “Hazırda İrpenə qayıtmaq təhlükəlidir. Ukraynanın müdafiəçiləri yeni mövqelərdə möhkəmlənirlər”.