Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı ölkələrinə qaz satışına görə ödənişlərin avro və dollardan rubla dəyişdirilməsi barədə tapşırıq verib.
YeniAvropa xəbər verir ki, Kremlin saytında yerləşdirilmiş məlumata əsasən, Rusiya prezidenti hökumətə, Rusiya Bankına və “Qazprom” şirkətinə Avropa İttifaqı ölkələrinə, Rusiya vətəndaşlarına və hüquqi şəxslərinə qarşı məhdudiyyətlər tətbiq etmiş dövlətlərə qazın rublla satışını təmin etməyi tapşırıb.
Tapşırığın yerinə yetirilməsi üçün məsul şəxslər hökumətin sədri Mixail Mişustin, Rusiya Bankının sədri Elvira Nabiullina və “Qazprom”un sədri Aleksey Miller təyin olunub.