logo

Çavuşoğlu Kuleba ilə Rusiya- Ukrayna heyətlərinin İstanbul görüşünü müzakirə edib

11:55 28-03-2022 | icon 2618
Çavuşoğlu Kuleba ilə Rusiya- Ukrayna heyətlərinin İstanbul görüşünü müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

Bundan əlavə XİN başçıları Rusiya ilə Ukrayna müzakirə heyətləri arasındakı növbəti görüşün İstanbulda keçirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, martın 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı Rusiya və Ukrayna heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi ilə bağlı razılıq əldə edilib.