logo

Bayden Putini "qəssab" adlandırdı

21:58 26-03-2022 | icon 2569
Bayden Putini "qəssab" adlandırdı

ABŞ prezidenti Co Baydenin ukraynalı məcburi köçkünlərlə görüşü zamanı maraqlı hadisə yaşanıb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı “CNN” telekanalı məlumat yayıb. 


Qeyd olunur ki, ABŞ prezidenti bu açıqlamanı Polşa və Ukrayna sərhədində ukraynalı qaçqınların düşərgəsini ziyarət etdiyi zaman verib. Belə ki, jurnalistlərdən biri Co Baydendən Ukraynadakı hərbi əməliyyat fonunda Vladimir Putin barəsində nə düşündüyünü soruşub. 

“O qəssabdır”, - deyə ABŞ prezidenti cavab verib. 

Xatırladaq ki, Co Bayden daha əvvəl Vladimir Putini “hərbi cinayətkar” hesab etdiyini bildirib.