logo

Yunanıstanda rus admiralın abidəsi təhqir etdilər

21:11 26-03-2022 | icon 2261
Yunanıstanda rus admiralın abidəsi təhqir etdilər

Yunanıstanda Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsinə etiraz olaraq rus admiralın abidəsi təhqir olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Kerkira (Korfu) adasında admiral Fyodor Uşakovun abidəsini rəngləyiblər.

"Vandallar abidəyə qırmızı rəngdə boya atıblar. Bununla bağlı fotoşəkil Rusiyanın Yunanıstandakı səfirliyi tərəfindən sosial şəbəkələrdə paylaşılıb". 

Rusiyanın Afinadakı səfirliyi vandalizm aktını pisləyib və Yunanıstan hakimiyyətini günahkarları tapıb cəzalandırmağa çağırıb.