logo

Rusiya Ukraynanın qərbindəki Lvov şəhərini raket atəşinə tutub

20:20 26-03-2022 | icon 2401
Rusiya Ukraynanın qərbindəki Lvov şəhərini raket atəşinə tutub

Martın 26-da Rusiyanın işğalçı ordusu tərəfindən Ukraynanın qərbindəki Lvov şəhəri raket atəşinə tutulub.

YeniAvropa xəbər verir ki, bu barədə Lvov şəhər meri Andrey Sadovoy "Teleqram" səhifəsində məlumat paylaşıb.

Mer vətəndaşlara sığınacaqdan çıxmamağı tövsiyə edib.

Qeyd edək ki, Lvov şəhəri ətrafında 3 partlayış səsi eşidilib.

Lvov vilayət Administrasiyasının rəhbəri Maksim Kozitskiyin verdiyi məlumata görə, raket atəşi nəticəsində 5 nəfər xəsarət alıb. Raketlərin mülki evlərə və ya digər infrastruktura vurduğu ziyan barədə hələ dəqiq məlumat yoxdur.