logo

Rusiyanın işğalı səbəbindən Ukraynadan təxliyə edilən 185 kimsəsiz uşaq Türkiyəyə gətirilirəcək

15:15 26-03-2022 | icon 2366
Rusiyanın işğalı səbəbindən Ukraynadan təxliyə edilən 185 kimsəsiz uşaq Türkiyəyə gətirilirəcək

Rusiya ordusunun işğalı səbəbindən Ukraynadan təxliyə edilən 185 kimsəsiz azyaşlı Türkiyəyə gətiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumata əsasən, ilkin mərhələdə Ukraynadan təxliyə edilən kimsəsiz uşaqlar Polşaya aparılıblar. Ukrayna dövləti bu uşaqların qəbulu ilə bağlı digər dövlətlərə də müraciət edib. Bu çərçivədə Türkiyənin Daxili İşlər, Xarici İşlər, Ailə və Sosial Xidmətlər nazirlikləri, eləcə də Miqrasiya İdarəsi ilə danışıqlar aparılıb. Türkiyənin yetim uşaqları və onların tərbiyəçilərini qəbul edəcəyi təsdiqlənib.

Nəticə etibarilə təhlükəsizlik səbəbi ilə Ukraynadan Polşaya təxliyə edilən ümumilikdə 185 kimsəsiz uşaq və onların tərbiyəçilərinin martın 26-da Polşadan birbaşa təyyarə ilə Antalyaya gətirilməsi gözlənilir.