logo

Nikol Paşinyan Rusiyaya rəsmi səfərə gedəcək

22:55 25-03-2022 | icon 3759
Nikol Paşinyan Rusiyaya rəsmi səfərə gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin ikinci yarısında Rusiyaya rəsmi səfərə gedəcək. 

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri (aprelin ikinci ongünlüyü) və xarici işlər naziri Ararat Mirzoyanın (8 aprel) işgüzar səfəri planlaşdırılır. Müxtəlif səviyyələrdə digər təmaslar üzərində iş aparılır”, - deyə Mariya Zaxarovaya istinadla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda belə deyilir.