logo

Paşinyan Putinlə Qarabağı müzakirə edib

21:51 25-03-2022 | icon 2310
Paşinyan Putinlə Qarabağı müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonadakı vəziyyəti müzakirə ediblər.

Paşinyan vəziyyətin gərgin olduğunu bildirib.

Liderlər gərginliyin azaldılması üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar.