Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft anbarına raket zərbəsi endirilib.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, raket hücumu Husi qruplaşması tərəfindən həyata keçirilib.
Hücum nəticəsində baş verən yanğın Ciddədə keçirilən "Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisi"nin təşkil olunduğu trasın yaxınlığında olduğuna görə yarışın sərbəst yürüşlərinin vaxtı dəyişdirilib.
Qeyd edək ki, Yəməndə hərbi əməliyyatlar həyata keçirən koalisiyaya rəhbərlik etdiyinə görə Səudiyyə Ərəbistanı Husi qiyamçıları tərəfindən mütəmadi olaraq hücumlara məruz qalır.