Polşa prezidenti Andjey Dudanın təyyarəsi Varşavaya təcili eniş edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə prezidentin müşaviri Yakub Kumox məlumat verib.
Öz növbəsində Polşa prezidenti ofisinin rəhbəri Pavel Şrot Andjey Dudanın heç bir təhlükə ilə üzləşmədiyini deyib.
Qeyd edək ki, Andjey Duda ABŞ prezidenti Co Bayden ilə görüşmək üçün Jeşuv şəhərinə gedirmiş. Onun üçün hazırda başqa bir təyyarə hazırlanır.