BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.
YeniAvropa xarici KİV-ə istinadən xəbər verir ki, qətnamənin müəllifləri ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva, Latviya da daxil olmaqla bir sıra ölkələrdir.
Məlumata görə, 140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə (Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya) səs verib, 38-i isə bitərəf qalıb.
Qətnamədə Rusiya tərəfindən Ukraynaya qarşı apardığı müharibənin dərhal dayandırılmasını tələb edilir. Sənəd müəlliflərinin fikrincə Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu və onun humanitar nəticələri beynəlxalq ictimaiyyətin onilliklər ərzində Avropada görmədiyi ölçülərə çatır.
Qətnaməyə əsasən, BMT Baş Assambleyası Ukrayna şəhərlərinin, xüsusən də Mariupolun blokadaya alınmasının humanitar vəziyyəti daha da gərginləşdirdiyini vurğulayır. Qətnamədə şəhərlərin blokadasına son qoyulması tələb edilir.
Baş Assambleya tərəflərdən humanitar yardımın təhlükəsiz girişini tələb edir, humanitar hüququn pozulmasını pisləyir və onun həyata keçirilməsinə çağırır.