Ukrayna və Rusiya Federasiyası ilk dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsini həyata keçiriblər.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası məsələləri üzrə nazir İrina Vereşşuk özünün "Teleqram" kanalında məlumat verib.
Ukrayna öz tərəfindən Rusiyanın 10 hərbi qulluqçusunu təhvil verib.
“Bu gün biz, həmçinin ruslara Odessa yaxınlığında batırılmış gəmidən xilas etdiyimiz 11 rusiyalı mülki dənizçini təhvil verdik”, - deyə İ.Vereşşuk yazıb.
Mübadilə nəticəsində həmçinin Ukraynanın 19 mülki dənizçisi xilasetmə gəmisindən evlərinə qayıdıb. Xilasedici gəminin özü Ukraynaya qaytarılacaq, bundan sonra o, Türkiyə limanına göndəriləcək.