logo

Qazaxıstan Novorossiysk limanından dünya bazarına çıxardığı nefti azaldır 

17:57 24-03-2022 | icon 2226
Qazaxıstan Novorossiysk limanından dünya bazarına çıxardığı nefti azaldır 

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə ixrac etdiyi neftin bütün həcmini alternativ marşrutlara yönləndirə bilməyəcək.

YeniAvropa xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Bolat Akçulakov deyib.

Onun sözlərinə görə, ötən il CPC vasitəsilə 53-54 milyon ton neft göndərilib. Böyük həcmdə nefti yönləndirmək kifayət qədər çətindir. Neftin bir hissəsi Aktau limanı vasitəsilə yönləndiriləcək.

CPC əlverişsiz hava şəraiti səbəbindən dənizdə yanalma qurğularına müəyyən edilmiş və mümkün zədələnmə ilə əlaqədar dəniz terminalında neftin yüklənməsini dayandırıb. Qəzaya görə CPC neft nəqlinin həcmini üç dəfə azalda bilər.

Qeyd edək ki, Qazaxıstanda hasil edilən neftin bir hissəsi Xəzər Boru Kəməri Konsorsiumunun boru kəmərləri ilə Novorossiysk limanına, oradan isə Qara dənizdən tankerlər vasitəsi ilə dünya bazarlarına çıxarılır.