NATO-nun baş katibi Yens Stoltenberqin mandatı daha bir il uzadılıb.
YeniAvropa NATO-nun saytına istinadla xəbər verir ki, bununla bağlı qərar Alyansın bu gün keçirilən Zirvə Görüşündə verilib.
Bildirilir ki, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları Yens Stoltenberqə liderliyinə görə minnətdarlıq ediblər.
Qeyd edək ki, 63 yaşlı 1 oktyabr 2014-cü ildən NATO-nun baş katibi vəzifəsini icra edir. BU vəzifəyə təyin edilməzdən əvvəl o, 2000-2001 və 2005-2013-cü illərdə Norveçin baş naziri vəzifəsini icra edib.
Yens Stoltenberq, NATO tarixində ikinci şəxsdir ki, belə uzun müddətə baş katib vəzifəsini daşıyıb. Bundan əvvəl isə Niderland təmsilçisi Yozef Luns 13 il- 1971-ci ildən 1984-cü ilədək Alyansın baş katibi vəzifəsini daşıyıb.