Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə dair növbədənkənar zirvə görüşü başlayıb.
YeniAvropa xəbər verir ki, iclasda 30-a yaxın ölkənin nümayəndələri iştirak edir.
Qeyd edək ki, iclasdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşüb və Ukraynadakı vəziyyəti müzakirə edib.