logo

Ukrayna ordusu Rusiyanın iri desant gəmisini məhv edib

11:11 24-03-2022 | icon 2093
Ukrayna ordusu Rusiyanın iri desant gəmisini məhv edib

Ukraynanın cənubunda , Azov dənizi sahilində yerləşən Berdyansk şəhərinin limanında Rusiya işğalçı qüvvələrinin  “Orsk” adlı iri desant gəmisi məhv edilib.

 

YeniAvropa "UNİAN" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri "Facebook" hesabında məlumat paylaşılıb.

 

Mariupul vilayətinin qərbində yerləşən limanda düşmən gəmisinin atəşə tutulduğunu əks etdirən video da yayılıb.

Qeyd edək ki, Rusiyanın işğalçı ordusu Mariupulu, eləcə də Berdyanskı müharibənin ilk günlərində ələ keçirə bilib.