logo

Yelena Zelenskaya beynəlxalq təşkilatlara müraciət etdi

19:48 23-03-2022 | icon 2786
Yelena Zelenskaya beynəlxalq təşkilatlara müraciət etdi

Ukraynanın birinci xanımı Yelena Zelenskaya beynəlxalq qurumlara müraciət edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, o, “Li Parisien” qəzetinə müsahibəsində ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, UNICEF və digər qurumlara növbəti dəfə çağırış edib.

"Humanitar dəhlizlərin açılmasına dəstəklə bağlı onlardan kömək istəyirik. Müharibə başlayandan bəri ölkəmizdə 100-dən çox uşaq ölüb. Biz uşaqlarımızın həlak olmasının qarşısını almaq istəyirik”, - deyə Ukraynanın birinci xanımı vurğulayıb.