Bu gün Ukraynanın hava hücumundan müdafiə sistemləri daha 2 Rusiya təyyarəsini vurub.
YeniAvropa xəbər verir ki, bu barədə "Vostok" hava komandanlığı məlumat yayıb.
"Hərbi-Hava Qüvvələrinin zenit-raket kompleksləri sayəsində ənənəvi olaraq, gündən-günə düşmən bu istiqamətdə təyyarələrini itirir. Bu gün səhər, martın 23-də hava hücumundan müdafiə əsgərləri işğalçıların dinc şəhərlərə ölüm gətirən daha 2 təyyarəsini vurublar", - deyə məlumatda bildirilib.
Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, "indiyə kimi Rusiyanın 105 təyyarəsi vurulub. Onlardan 6-sı son sutkada məhv edilib".
Qeyd olunur ki, bu da ümumi Rusiya təyyarələrinin 1/3-ni təşkil edir.