logo

Norveçin kralı V Harald koronavirusa yoluxub

13:34 23-03-2022 | icon 2149
Norveçin kralı V Harald koronavirusa yoluxub

Norveçin kralı V Harald koronavirusa yoluxub.

 YeniAvropa Norveç KİV-inə istinadla xəbər verir ki, 85 yaşlı monarxdan alınan COVID-19 testləri müsbət nəticə verib.

Norveçin kral sarayından verilən açıqlamaya əsasən, hazırda V Haraldda virusun yüngül simptomları müşahidə edilir və bu səbəbdən yaxın günlərdə o, həkim nəzarəti ilə xəstəlik məzuniyyətində olacaq.

Qeyd edək ki, V Haraldın olmadığı müddətdə vəliəhd şahzadə Haakon müvəqqəti olaraq Kralın vəzifələrini icra edəcək.