logo

Rusiya yenidən Kiyev şəhərini bombaladı

12:32 23-03-2022 | icon 2898
Rusiya yenidən Kiyev şəhərini bombaladı

Martın 23-ü səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri növbəti raket atəşinə məruz qalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Kiyev şəhər meriyası məlumat yayıb.

Bildirilib ki, raket zərbələri nəticəsində paytaxtın Svyatoşinski və Şevçenko rayonlarında binalara ziyan dəyib.

Svyatoşinski rayonunda partlayış zamanı ticarət mərkəzi, iki mülki evi və çoxmərtəbəli binalar zərər görüb. Xilasedicilər yanğınları söndürüb.

Bundan əlavə, martın 23-də səhər saatlarında Şevçenko rayonu atəşə tutulub. Bir neçə fərdi yaşayış evində və çoxmərtəbəli binada yanğınlar baş verib. Dörd nəfər xəsarət alıb