Çərşənbə axşamı, martın 22-də, Ukrayna hərbçiləri son vaxtlar Mariupola bombalar atan Rusiya təyyarəsini vurublar.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Mariupol şəhər Şurası "Telegram" kanalında xəbər verilib.
“Bu gün yaxşı xəbər də var! Saat 16:45-də Neptun hövzəsi ərazisində müdafiəçilərimiz son həftələr şəhərimizi yerlə-yeksan edən Rusiya qoşunlarının təyyarələrindən birini vurublar”, - deyə məlumatda deyilir.