logo

İtaliya rusiyalı oliqarxların aktivlərini dondurdu

21:22 22-03-2022 | icon 2261
İtaliya rusiyalı oliqarxların aktivlərini dondurdu

İtaliya hakimiyyəti sanksiyalara məruz qalmış rusiyalı sahibkarların ümumilikdə 800 milyon avrodan çox aktivlərini dondurub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ölkənin baş naziri Mario Draqi məlumat verib. 

“Biz İtaliyada Avropa İttifaqının siyahılarına düşmüş oliqarxların 800 milyon avrodan çox əmlakını dondurmuşuq”, - deyə o, parlamentdə çıxışı zamanı deyib.

Mario Draqi qeyd edib ki, Avropa İttifaqı və NATO yaranmış vəziyyətdə sanksiyaların tətbiq edilməsində birlik göstərdi.

Onun sözlərinə görə, məhdudiyyətlər Rusiya hakimiyyətinin Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağa yönəlib.