Ukrayna ordusu daha bir Rusiya raketini vurub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Vinnitsk vilayətinin hərbi administrasiyasının sədri Sergey Borzov özünün "Facebook" hesabında məlumat paylaşıb.
Qeyd edib ki, Rusiya ordusunun Vinnitsk vilayətinə atdığı “İsgəndər” raketi Ukrayna səmasında məhv edilib.
"Üstəgəl bir. İsgəndər",-deyə Sergey Borzov paylaşımında yazıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya ordusunun fevralın sonunda Kiyevə atdığı “İsgəndər” raketi səmada vurulmuşdu.