logo

Rusiya Ukraynada fosfor bombalarından istifadə edir

09:49 22-03-2022 | icon 2499
Rusiya Ukraynada fosfor bombalarından istifadə edir

Rusiyanın işğalçı ordusu Ukraynanın Kramatorsk şəhərində qadağan olunmuş silahlardan istifadə edir.

YeniAvropa xəbər verir ki, bu barədə "UNİAN" agentliyi Kramatorsk Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Beloşitskiyə istinadən məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, Kramatorsk şəhərində ruslar tərəfindən fosforlu bombaların istifadəsi ilə bağlı daha bir hadisə qeydə alınıb. Bu cür silahların yaşayış məntəqələrində və ya yaxınlığında yerləşən hərbi hədəflərə qarşı istifadə edilməsi qadağandır.