“China Eastern” aviaşirkəti martın 21-də Kunmin-Quancou istiqamətində uçan “Boeing 737-800” sərnişin təyyarəsinin qəzaya uğramasından sonra istifadəsində olan eyni tip təyyarələrinin uçuşunu dayandırıb.
YeniAvropa xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb. ABŞ-ın Federal Aviasiya Administrasiyası qəzanın təhqiqatına dəstək göstərməyə hazır olduğunu bəyan edib.
Qəzaya uğrayan təyyarədə əcnəbi sərnişinlərin olmadığı bildirilir.
Qeyd edək ki, göyərtəsində 123 sərnişin və 9 heyət üzvünün olduğu təyyarə Kunmin şəhərindən Quancou istiqamətində uçarkən Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb. Çin Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, təyyarə havaya qalxdıqdan təxminən 1 saat 10 dəqiqə sonra radarlardan itib. Altı ildir istifadədə olan təyyarə Tensiən rayonunda dağa çırpılıb və alışıb.
Hazırda qəza yerində axtarış-xilasetmə işləri aparılır.