logo

Bolqarıstan “Qazprom”la yeni müqavilə bağlamaqdan imtina etdi

15:55 21-03-2022 | icon 2408
Bolqarıstan “Qazprom”la yeni müqavilə bağlamaqdan imtina etdi

Bolqarıstan Rusiya qazının idxalı üçün “Qazprom”la yeni müqavilə bağlamayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə  Bolqarıstan Milli Radiosuna müsahibəsində baş nazirin müavini və maliyyə naziri Asen Vasilev bildirib.

Onun sözlərinə görə, ölkə alternativ olaraq qazı Qətər və Əlcəzairdən təchiz edə bilər. Bundan əlavə, Bolqarıstan Avropa İttifaqı səviyyəsində vahid müqavilənin bağlanmasını gözləyəcək. Ölkənin Baş nazirinin müavini vurğulayıb ki, bu mexanizmin yayda işləyəcəyi gözlənilir, hazırkı vəziyyətdə "Qazprom"la danışıqlar aparılmayacaq. Qeyd olunub ki, Bolqarıstan artıq Yunanıstan və Türkiyə ilə mövcud infrastrukturdan istifadə etmək məqsədilə Azərbaycandan idxalın artması üçün danışıqlar aparıb. Bolqarıstan “Qazprom” ilə 10 illik müqavilə çərçivəsində idxal olunan qazın demək olar ki, bütün həcmini Rusiyadan alır. Müqavilə 2022-ci ilin sonunda başa çatır. İllərdir ki, ölkə enerji mənbələrinin şaxələndirilməsi və yeganə qaz anbarının genişləndirilməsi layihələrini təxirə salır. İndi hökumət hər iki layihənin icrasını sürətləndirməyə çalışır.