Rus oliqarxların mülkləri haqqında məlumat verən 5 milyon qazanacaq
ABŞ hökuməti rusiyalı oliqarxlarının aktivləri haqqında məlumat verən amerikalılara potensial olaraq 5 milyon dollar ödəyəcəyini açıqlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Daily Mail" məlumat paylaşıb.
Qeyd olunur ki, bu addım ABŞ rəsmilərinin Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslərə qarşı sanksiya tətbiq etmək səylərinin bir hissəsidir. Hal-hazırda Avropa ölkələri rusiyalı oliqarxlarının yaxtalarını, malikanələrini və şəxsi təyyarələrini müsadirə edir.
Bildirilir ki, planın özü müharibədən əvvəl yaradılıb. O, Tramp administrasiyası dövründə Konqres tərəfindən müdafiə xərcləri planının bir hissəsi kimi təsdiqlənib, amma rəsmi olaraq məhz ötən həftə istifadəyə verilib.
Yeni proqrama əsasən, “Rusiya Federasiyası hökuməti ilə bağlı” aktivlərin müsadirəsi ilə nəticələnən məlumatı ötürən istənilən ABŞ vətəndaşı 5 milyon dollar ala bilər. Bu barədə çərşənbə günü Maliyyə Nazirliyinin nümayəndələri məlumat veriblər.
Aktivlərə varlı rusiyalılara məxsus yaxtalar, təyyarələr və daşınmaz əmlak, həmçinin ABŞ hökuməti tərəfindən məqsədəuyğun hesab edilən oliqarxlara məxsus hər hansı maliyyə aktivləri daxil ola bilər. Ödənişin məbləği 5 milyonu ötə də bilər-əgər hökumət hesab etsə ki, vəziyyət daha ciddi ödəniş tələb edir.
Xəzinədarlıq Departamentinin komitəsi "hər bir halda uyğunluğu" nəzərdən keçirəcək və sonda Xəzinədarlıq katibi Canet Yellen tərəfindən təsdiqlənməlidir.
Nyu-York məhkəməsinin vəkili Joe Valenti şənbə günü "USA Today"ə bildirib ki, proqram ABŞ hökumətinin “hər mümkün vasitədən istifadə etməyə və iqtisadi sanksiyalar üçün çox səy göstərməyə” hazır olduğunu göstərir.
Valentinin sözlərinə görə, aktivlər Putinin müttəfiqinə məxsus olarsa, demək olar ki, dəyəri olan hər şeyi müsadirə edilə bilər - daşınmaz əmlak, zərgərlik, investisiyalar və ya hətta incəsənət nümunələri.
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib