Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqına Rusiya ilə ticarəti tam dayandırmağı təklif edib.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Avropa İttifaqı Şurasının növbəti iclasında Moskvaya qarşı yeni sanksiyaların qəbul edilə biləcəyini söyləyən baş nazir jurnalistlərə deyib ki, Polşa bu paketə mümkün qədər tezliklə ticarət blokadasının da əlavə olunmasını təklif edir. Rusiya gəmilərinin limanlara girişinə, həmçinin quru yollarla ticarətə qadağa qoyulmalıdır.
“Rusiyanın ticarətdən tam kənarlaşdırılması onu əlavə olaraq düşünməyə məcbur edəcək: bu dəhşətli müharibəni dayandırmaq daha yaxşı olmazmı. Burada mən etirazçıların tərəfindəyəm”, -deyə Mateuş Moravetski bildirib.
Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir sıra digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyaya qarşı geniş miqyaslı sanksiyalar tətbiq edib.