Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsinin Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb.
YeniAvropa xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, A.Sarkisyan hələ 2013-cü ildə ada dövlətinin vətəndaşı olub. Bu isə Ermənistan Konstitusiyasına ziddir.
Belə ki, qanuna əsasən yalnız son 6 ildə Ermənistan vətəndaşı olan şəxs ölkə prezidenti seçilə bilər və Sarkisyan bu posta 2018-ci il martın 2-də seçilib. 2022-ci il yanvarın 23-də isə istefa verib. Bir gün sonra isə onun Sent-Kits və Nevisin vətəndaşı olduğu üzə çıxıb.