logo

Avropa Parlamenti Zelenskinin Nobel Sülh mükafatına namizədliyini irəli sürdü

13:23 18-03-2022 | icon 2534
Avropa Parlamenti Zelenskinin Nobel Sülh mükafatına namizədliyini irəli sürdü

Avropanın sabiq və hazırkı siyasətçiləri və Avropa Parlamentinin üzvləri Ukrayna prezidenti Volodimir Zelenskinin 2022-ci il üçün Nobel Sülh mükafatı ilə təltif edilməsi təşəbbüsünü irəli sürüblər.

YeniAvropa  xarici KİV-ə istinadla xəbər verir ki, ərizə qəbulu başa çatdığı üçün təşəbbüsün müəllifləri Norveçin Nobel Komitəsini namizədlərin irəli sürülməsi proseduruna yenidən baxmağa çağırıb.

“Prezident Volodimir Zelenskinin və Ukrayna xalqının Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsi üçün namizədlik prosesini 2022-ci il martın 31-dək uzatmağı xahiş edirik”, - deyə müraciətdə bildirilir.

Norveç Nobel Komitəsinin mətbuat xidmətinin məlumatına görə, bu il mükafata 251 şəxs və 92 təşkilat iddia edir.